Kişi arvadını və 3 uşağını öldürüb, video çəkdi - Dəhşətə gətirən səbəb - FOTO

Kişi arvadını və 3 uşağını öldürüb, video çəkdi - Dəhşətə gətirən səbəb - FOTO
13:37 22 Aprel 2019
128 Dünya
Ölkə mətbuatı
A- A+

Kişi həyat yoldaşını və 3 övladını qətlə yetirib.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, uzun müddətdir işsiz qalan kişi ailəsinə baxa bilmədiyinə görə onları öldürüb.

32 yaşlı kişi ailə üzvlərini öldürdükdən sonra etiraf videosu çəkərək "Whatsapp" qrupunda yayıb.

O, bildirib ki, ailəsinə baxmağa maddi imkanı çatmadığına görə onlara əvvəlcə yuxu dərmanı verib, sonra da kəsici alətlə öldürüb.

5 aydır işsiz qalan Sumit Kumar xanımını öldürdükdən sonra, 3 uşağını da qətlə yetirib. Uşaqların ikisinin 4, birinin isə 5 yaşı var idi. 

Dəhşətli hadisə Hindistanın Uttar Pradeş ştatının Qaziabad şəhərinin yaxınlığındakı Indirapuram kəndində baş verib.

Hazırda polis hər yerdə qatili axtarır.

Emin
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/748853.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR