Ukraynada seçkiləri izləyən deputat: "Hər hansı bir problem qeydə alınmayıb"

Ukraynada seçkiləri izləyən deputat: "Hər hansı bir problem qeydə alınmayıb"
14:22 22 Aprel 2019
31 Ölkə
Ölkə mətbuatı
A- A+

"Ukraynada keçirilən prezident seçkiləri zamanı hər hansı bir problem qeydə alınmayıb".

Milli.Az xəbər verir ki, bunu Trend-ə seçkiləri müşahidə edən Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

R.Quliyev bildirib ki, 15 seçki məntəqəsində iştirak edib: "Prosesi izləyərkən yerli müşahidəçilərlə söhbət etdik. Onlar da seçki prosesi zamanı problemin olmadığını etiraf etdilər. Əhalinin seçkiyə marağı yüksək idi".

Milli Məclisin digər deputatı Naqif Həmzəyev də Ukraynada seçkiləri müşahidə edib. N.Həmzəyev Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının tərkibində prosesə qatılıb.

Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev isə Milli Məclisin xətti ilə prosesi müşahidə edib.

Qeyd edək ki, ötən gün Ukraynada prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, protokolların 97,04 faizinin sayılmasından sonra Vladimir Zelenski səslərin 73,15, hazırkı Prezident Petro Poroşenko isə 24,52 faizini qazanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/748856.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR