Problemli kreditlər üzrə kompensasiyalar üçün ayrılan ilkin məbləğ açıqlandı

Problemli kreditlər üzrə kompensasiyalar üçün ayrılan ilkin məbləğ açıqlandı
14:27 22 Aprel 2019
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Maliyyə Nazirliyi fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiyaların ödənilməsi üçün ilk tranş çərçivəsində 350,8 milyon manat ayırıb.

Milli.Az bildirir ki, bunu Trend-ə nazirliyin mətbuat xidmətinin rəhbəri Mais Piriyev deyib.

Onun sözlərinə görə, bu vəsait bankların və bank olmayan kredit təşkilatlarının, eləcə də ləğvetmə prosesində olan təşkilatların hesablarına köçürülüb.

Qeyd edək ki, bu gündən fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiyaların ödənilməsinə başlanılıb. Kompensasiyaları 602 347 nəfər alacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/748870.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR