Əslən Bakıdan olan Amerika yazıçısının kitabı nəşr olundu

Əslən Bakıdan olan Amerika yazıçısının kitabı nəşr olundu
14:29 22 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin yeni nəşri – bəstəkar, müğənni, yazıçı Ella Leyanın “Kimsəsiz səma” kitabı işıq üzü görüb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, kitaba Bakıda anadan olmuş, 1990-cı ildə Amerika Birləşmiş Ştatlarına köçmüş müəllifin eyniadlı romanı daxil edilib.

Əsər sovet Azərbaycanında yaşayan bir pianoçunun həyat və yaradıcılıq yolunda qarşılaşdığı məhrumiyyətlərdən bəhs edir.

Kitabı orijinaldan dilimizə Cavidan Ağayev tərcümə edib, redaktorları Etimad Başkeçid və Salam Sarvandır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/3050290.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR