Yollarda təhlükə səbəbi - Rayonlara işləyən qanunsuz taksilər... - VİDEO - FOTO

Yollarda təhlükə səbəbi - Rayonlara işləyən qanunsuz taksilər... - VİDEO - FOTO
14:32 22 Aprel 2019
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəhərin müxtəlif yerlərində dayanan və bizi rayonlara səsləyən taksi sürücüləri var. O taksilər ki, onların qanunsuz fəaliyyət göstərdiyi bildirilir. Biz də öz həyatımızı təhlükəyə ataraq, bu cür taksi xidmətlərinin xidmətindən istifadə edirik.

Milli.Az xəbər verir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Elməddin Muradli - Ekspert: "Eyni istiqamətə o qədər maşın sürüblər ki, artıq radarların, kameraların da yerini əzbər bilirlər. Yollarda ən çox qayda pozanlar həmin sürücülərdir, təhlükəli manevrlər edənlər həmin sürücülərdir, sürət həddini aşanlar həmin sürücülərdir. Həmin sürücülərin iştirakı ilə ağır yol nəqliyyat hadisələri baş verir"

Bu cür taksilər əksər yerlərdə yolun böyük bir hissəsini zəbt edir. Bu isə digər avtomobillərin hərəkətində müəyyən çətinliklər yaradır.

Elməddin Muradli - Ekspert: "Bunların əksəriyyətinin taksi fəaliyyəti üçün lisenziyası yoxdur. Taksi nişanından istifadə etmirlər. Yəni şahmat qoymurlar".

Nuridə Allahyarova - DANX-ın Mətbuat Katibi: "Daha çox Bakı beynəlxalq avtovağzal kompleksinin önündən, Lökbatan dairəsindən, 20 yanvar dairəsindən şəhərlər arası istiqamətdə hərəkət edən qanunsuz taksi sürücüləri var".

Nuridə Allahyarova - Danx-In Mətbuat Katibi: "Onlar üçün xüsusi yerin olmamağı ilə bağlı şikayət edirlər. Bu irad yolverilməzdir. Çünki bilməlidilər ki, birmənalı şəkildə fərqlənmə nişanı əldə edərək, sərnişin daşınmasına izin almalıdılar. Şəxsi avtomobillə istədiyiniz vaxt, istədiyiniz sərnişin daşıma ilə nizamlanmır, bunun bir qanunvericilik tərəfi də var".

DYP ilə dövlət avtomobil nəqliyyat xidməti arasında şəhərlər arası qanunsuz sərnişin daşıma ilə bağlı protokol imzalanıb. Müvafiq protokola uyğun olaraq, artıq bir neçə aydır ki, aiddiyyatı qurumlar qanunsuz taksi fəaliyyəti ilə məşğul olanlara qarşı mübarizəyə başlayıb. Aparılan reydlərdən sonra bu cür qanunsuz daşımaların sayı ötən illərə nisbətən təxminən 30 faiz azalıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Yollarda təhlükə səbəbi - Rayonlara işləyən qanunsuz taksilər


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/748851.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR