Arif Əsədov Flavinyodan imtina etdi

Arif Əsədov Flavinyodan imtina etdi
10:17 15 Yanvar 2015
137 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi" Premyer Liqanın XIV turunda "Qəbələ"ni qəbul edəcək. Fanat.az xəbər verir ki, artıq hər iki komandanın baş məşqçisi heyətini açıqlayıb.

"Neftçi"nin baş məşqçisi Arif Əsədov heyətdə böyük dəyişikliklər etməli olub. Belə ki, "Xəzər Lənkəran"la oyunda qırmızı vərəqə alan Emil Balayevlə (Emil həm də "Ayntraxt"a baxışa yollanıb) və  Elnur Allahverdiyev, həmçinin sarı vərəqə liitini dolduran Mirhüseyn Seyidov heyətə düşməyib. Baş məşqçi Denis Silva, Flavinyo və Erenst Nforu ehtiyata göndərib. Əvəzində ötən tur baş məşqçi tərəfindən cəzalandırıldıqları üçün oynamayan Elvin Yunuszadə və Araz Abdullayev, həmçinin Nikolas Kanales, Kaue da Silva və Elvin Bədəlov start heyətində yer alıb.

"Qəbələ"nin baş məşqçi Dorinel Muntanyu 5 dəyişiklik edib. Sarı vərəqə limitini dolduran Ruslan Tağızadə və Adrian Ropotanla yanaşı, Markuinyos, Müşfiq Teymurov və Andrey Kristea da start heyətində yer almayıb. Onlardan yalnız Andrey Kristea "18-liy"ə düşüb. Muntanyu onların əvəzində Elvin Camalov, Sadiq Quliyev, Markus Vidal, Pavol Farkaş və Urfan Abbasov yenidən heyətə düşüb.

Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR