Türkiyənin bu ölkədəki konsulluğuna hücum edildi

Türkiyənin bu ölkədəki konsulluğuna hücum edildi
17:38 22 Aprel 2019
70 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin İsveçrənin Sürix şəhərindəki Baş Konsulluğuna naməlum şəxslər tərəfindən hücum edilib.

Publika.az
xəbər verir ki, bu barədə Baş konsul Asiye Nurcan İpekçi bildirib.

Baş konsul qeyd edib ki, naməlum şəxslər Baş Konsulluğun binasına “Molotov kokteyli” atıblar.

“Polis hücumla əlaqədar 3 gənci saxlayıb. İndiyədək həmin adamlar haqqında məlumat verilməyib. Qarşıdan gələn günlərdə məsələyə aydınlıq gətiriləcəyini düşünürük”, - deyə o bildirib.

Məlumata görə, son 2,5 ildə Türkiyənin Sürixdəki Baş Konsulluğunun binasına 6 dəfə hücum olub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/276398.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR