Palata rəhbəri: Ankara-Bakı birbaşa reysləri ticarət əlaqələrinin möhkəmləndirilməsinə xidmət edir

Palata rəhbəri: Ankara-Bakı birbaşa reysləri ticarət əlaqələrinin möhkəmləndirilməsinə xidmət edir
20:08 22 Aprel 2019
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Rufiz Hafizoğlu - Trend:

Ankaradan Bakıya birbaşa reyslər ticarət əlaqələrinin möhkəmləndirilməsinə xidmət edir.

Trend-in məlumatına görə, bunu Ankara Ticarət Palatasının rəhbəri Gürsel Baran deyib.

O bildirib ki, Azərbaycan Türkiyə üçün mühüm, qardaş ölkələrdən biridir.

G.Baran vurğulayıb ki, Türkiyə Ankaradan müxtəlif istiqamətlər üzrə birbaşa reyslərin artırılmasına istiqamətlənib.

Bundan əvvəl Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahid Turan demişdi ki, Türkiyə və Azərbaycan yay aylarından etibarən aviareyslərin sayını həftədə 115-dək artıracaqlar.

Hazırda iki ölkə arasında həftəlik 90 aviareys həyata keçirilir.

Bu gündən başlayaraq "Pegasus" təyyarələri Ankara və Bakı arasında birbaşa reysləri icra edəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3050088.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR