Türkiyə İrana qarşı sanksiyalara görə möhlətin uzadılmamasına qarşıdır

Türkiyə İrana qarşı sanksiyalara görə möhlətin uzadılmamasına qarşıdır
20:12 22 Aprel 2019
118 Digər
Ölkə mətbuatı
A- A+

"Türkiyə ABŞ-ın İrandan neft idxalına görə bir sıra ölkələrə verdiyi möhləti uzatmamasına mənfi baxır".
“Report” NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. 
Onun sözlərinə görə, möhlətin başa çatdırılması qərarı regionda sülh və sabitliyə xidmət etmir, İran xalqına da ziyan vuracaq.
M.Çavuşoğlu bundan əvvəl “Twitter”dəki səhifəsində eyni mövqe bildirərək “birtərəfli sanksiyaları və qonşularımızla necə əlaqələr quracağımız barədə hökmləri qəbul etmirik” - deyə qeyd etmişdi.
ABŞ hökuməti də bundan əvvəl İrana qarşı sanksiyalardan möhlət verdikləri 8 ölkəyə (Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Türkiyə, Yunanıstan, İtaliya) yeni möhlət verilməyəcəyini açıqlamışdı.

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiye-abs-in-i-rana-qarsi-sanksiya-mohletini-uzatmamasina-qarsidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR