Çavuşoğludan ABŞ-a sərt reaksiya

Çavuşoğludan ABŞ-a sərt reaksiya
20:28 22 Aprel 2019
107 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın İrandan neft idxal edən ölkələrə qarşı sanksiya təhdidinə münasibət bildirib.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Çavuşoğlu "Təktərəfli əməkdaşlığı və qonşularımızla necə münasibət quracağımıza dair göstərişləri qəbul edmirik", deyə ABŞ-ın xəbərdarlığını pisləyib.

XİN rəhbəri qeyd edib ki, ABŞ-ın İrandan neft idxal edən ölkələrə güzəştin aradan qaldırılması bölgədə sülh və sabitliyə xidmət etməyəcək.

Qeyd edək ki, Birləşmiş Ştatlar bazar ertəsi Tramp administrasiyasının İran nefti idxal edən ölkələrə sanksiya güzəştlərini ləğv etdiyini elan edib.

Ağ Ev prezident Donald Trampın üç müttəfiqi Yaponiya, Cənubi Koreya və Türkiyə, eləcə də Çin və Hindistana verdiyi güzəştlərə son qoymaq qərarına gəldiyini bildirib. Üç digər ölkə - İtaliya, Yunanıstan və Tayvan sanksiyalar bərpa olunandan bəri İrandan neft idxalını dayandırıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/276414.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR