Gürcüstanda etirazlar: Xüsusi təyinatlıları daşqalaq etdilər - VİDEO

Gürcüstanda etirazlar: Xüsusi təyinatlıları daşqalaq etdilər - VİDEO
20:57 22 Aprel 2019
102 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanın Pankisi dərəsində yerli sakinlər yeni "Hadori-3" hidroelektrik stansiyasının inşasına etiraz edərək tikintinin dayandırılmasını tələb edirlər.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, əhali stansiyanın tikintisi üzrə işləyən traktora maneçilik törətməyə cəhd göstərib.

Hadisə ilə əlaqədar Pankisi dərəsinə polis və xüsusi təyinatlı dəstə cəlb olunub. Bu zaman yerli sakinlərlə xüsusi təyinatlı dəstə üzvləri arasında qarşıdurma yaşanıb və vətəndaşlar xüsusi təyinatlıları daşqalaq ediblər. Hüquq-mühafizəçilər isə onlara qarşı gözyaşardıcı qazdan istifadə edib. 

Qeyd edək ki, toqquşmalar zamanı onlarla insan xəsarət alıb. Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Kriminal Polisinin Mərkəzi Departamenti məlumat yayıb.

Videonu izləmək üçün şəklə klikləyin:
Gürcüstanda etirazlar: Xüsusi təyinatlıları daşqalaq etdilər

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/748962.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR