Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: 17 yaşlı gənc 20 yaşlı oğlanı...

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: 17 yaşlı gənc 20 yaşlı oğlanı...
23:49 22 Aprel 2019
218 Digər
Ölkə mətbuatı
A- A+

Qazaxda qətl törədilib.
 
ONA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.
 
Belə ki, kənd sakini, 17 yaşlı Məhərrəm Qocayev küçədə mübahisə etdiyi 20 yaşlı Rahil Cələddinlini bıçaqlayıb. Bir bıçaq yarası alan R.Cələddinli hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən şəxs isə saxlanılıb.
Faktla bağlı Qazax rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq gedir.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312169

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR