Yaponiyanın şərqində

Sakit okeanda Yaponiya adalarından şərqdə 5,4 bal gücündə zəlzələ baş verib.

Metbuat.az RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Seysmoloqların məlumatına görə, yeraltı təkanlar Miyako şəhərindən 191 kilometr şimal-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat hələ ki daxil olmayıb. Sunami təhlükəsi yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR