Mingəçevirdə məcburi köçkünü avtomobil vurdu

Mingəçevirdə məcburi köçkünü avtomobil vurdu
01:18 23 Aprel 2019
144 Ölkə
Ölkə mətbuatı
A- A+

Mingəçevir şəhərinin Puşkin küçəsində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, yolu keçmək istəyən 43 yaşlı Ağdam rayonundan məcburi köçkün Kəmalə Cəfərovanı minik avtomobili vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan 43 yaşlı qadın sürücü tərəfindən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər travmatologiya şöbəsinə yerləşdirilən qadının vəziyyətini orta ağır qiymətləndirirlər.

Mingəçevir şəhər Polis Şöbəsinin istintaq bölməsində faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/276432.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR