Meksikada 5,4 bal gücündə zəlzələ baş verib

Meksikada 5,4 bal gücündə zəlzələ baş verib
02:15 23 Aprel 2019
137 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Meksikanın cənubunda 5,4 bal gücündə zəlzələ baş verib.

Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi mçəlumata görə, yeraltı təkanların episentri Puebla-de-Saraqosa şəhərindən 283 kilometr cənubda, ocağı isə təxminən 21 kilometr dərinlikdə yerləşib.

"Reuters" agentliyin məlumatına əsasən, Mexiko sakinləri zəlzələni hiss edib. Şəhərin bir neçə ofis binasından insanlar təxliyə edilib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3050592.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR