Braziliyada keçmiş "UFC" döyüşçüsü qətlə yetirilib

Braziliyada keçmiş "UFC" döyüşçüsü qətlə yetirilib
04:29 23 Aprel 2019
129 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Braziliyanın Belen şəhərində keçmiş "UFC" döyüşçüsü Rodriqo Qoyana de Lima qətlə yetirilib.

Trend-in məlumatına görə, insident idmançının taksi sürücüsü ilə mübahisəsindən sonra baş verib.

İlkin məlumata əsasən, 26 yaşlı idmançı taksidən enib, avtomobilin sürücüsü onu maşınla vurub və daha sonra üzərindən keçib.

Bildirilir ki, taksi sürücüsü hadisə yerindən qaçıb. Hazırda araşdırma aparılır.

Qeyd edək ki, Rodriqo Qoyana de Lima "UFC"də iki döyüş keçirib və hər ikisində məğlub olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3050560.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR