Rusiyadan ŞOK GEDİŞ: bu qorxunc silahları Ermənistana göndərir

Rusiyadan ŞOK GEDİŞ: bu qorxunc silahları Ermənistana göndərir
08:18 23 Aprel 2019
105 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Ermənistanın Erebuni aerodromundakı 3624 saylı aviasiya bazasına "4++"cu nəsil "Su-30SM" tipli çoxməqsədli qırıcıları yerləşdirəcək.

Publika.az xəbər verir ki, bu haqda TASS agentliyi mənbələrə istinadən bildirib.

Onlar bazada mövcud olan "MiQ-29" təyyarələrini əvəz edəcək. Bu məqsədlə Ermənistana ümumilikdə 18 qırıcı göndəriləcək.

“Təyyarələrin yerləşdirilməsi 2020-2021-ci illərdə iki mərhələdə həyata keçiriləcək”, - agentliyin həmsöhbəti deyib.

Rusiyanın “4++” nəslinə aid ağır çoxhədəfli qırıcısıdır, əsasən havada üstünlüyün əldə edilməsi üçün nəzərdə tutulub. Qırıcının ekipaj sayı 2 nəfərdir, maksimum sürəti saatda 2125 kilometrdir.

Uçuş məsafəsi yüksəklikdə 3000 kilometr, döyüş radiusu 1500 kilometrdir. Əlavə yanacaq doldurmadan uçuş müddəti 3,5 saatdır. Çoxməqsədli döyüş təyyarələri “Bars” çoxfunksiyalı atəş idarəetmə radarı, “hava-hava” və “hava-yer” tipli idarəolunan raketlərlə komplektləşdirilə bilər.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/southcaucasus/276438.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR