Azərbaycan Kubokunda yarımfinal həyəcanı - "Qəbələ" "Qarabağ"a, "Zirə" "Sumqayıt"a qarşı

Azərbaycan Kubokunda yarımfinal həyəcanı - "Qəbələ" "Qarabağ"a, "Zirə" "Sumqayıt"a qarşı
11:27 23 Aprel 2019
108 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, final uğrunda mübarizəyə Qəbələdə start veriləcək. Şəhərin eyniadlı komandası "Qarabağ"ı qəbul edəcək. Ağdam təmsilçisi  bu mövsüm Premyer Liqada keçirilən 4 oyunun hamısında "qırmızı qaralar"a qalib gəlib. 

Günün digər oyununda isə "Zirə" "Sumqayıt"ın qonağı olacaq. Premyer Liqamızda uğursuz mövsüm keçirilən hər iki komanda kuboku qazanmaqla bunu unutdurmağa çalışır. "Zirə" tarixində ilk dəfə yarımfinalda oynayacaq.

Qeyd edək ki, komandalar arasında cavab matçı mayın 7-də keçiriləcək. 

23 aprel (çərşənbə axşamı)

16:00."Qəbələ" - "Qarabağ"
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Kamal Umudlu 
Hakim-inspektor: Anar Salmanov
Qəbələ şəhər stadionu

18:30."Sumqayıt" - "Zirə"
Hakimlər: Səbuhi Bayramov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Rövşən Rəcəbov
"Kapital Bank Arena"

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/749024.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR