AFFA klubu, baş məşqçini və oyunçunu cəzalandırdı

AFFA klubu, baş məşqçini və oyunçunu cəzalandırdı
12:49 23 Aprel 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
 
ONA-nın məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XXV turunun oyunlarında baş verənlər müzakirə olunub.
 
“Sumqayıt” – “Səbail” matçında qonaqların futbolçusu Tome Kitanovski ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
 
 
“Qarabağ” – “Keşlə” qarşılaşmasında qonaqların baş məşqçisi Tərlan Əhmədov hakimə qarşı kəskin etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubunu 800 manat ziyana salıb.
 
“Sabah”la səfər görüşündə 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Neftçi” 800 manat cərimələnib. Oyunun 56-cı dəqiqəsində “Sabah”ın futbolçusu Novruz Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 matçlıq cəzalanıb, klub 200 manat cərimə olunub.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312227

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR