Mübariz Mənsimov: "Bu, təxribatdır, mənim prezident olmaq niyyətim yoxdur"

Mübariz Mənsimov: "Bu, təxribatdır, mənim prezident olmaq niyyətim yoxdur"
13:13 23 Aprel 2019
77 Digər
Ölkə mətbuatı
A- A+

"Palmalı" şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov son günlərdə sosail şəbəkədə adının təxribat məqsədilə hallandırılmasına dair status paylaşıb.

Publika.az
həmin statusu təqdim edir:

"Son günlər sosial mediada əslində xoş niyyətə söykənməyən paylaşımlar diqqətimi çəkib. Xüsusilə, trol hesablar və səhifələr tərəfindən məqsədyönlü paylaşıldığı şübhə doğurmayan bu qeydlərdə mənim prezidentliyə namizəd olmağıma çağırışlar səslənir. Dəfələrlə demişəm və bu gün də bəyan edirəm ki, mən siyasət adamı deyiləm. Belə bir niyyətim də yoxdur. O çağırışlara xoş niyyətlə reaksiya verən sadə həmvətənlilərimə isə demək istəyirəm ki, gördüyüm bütün işlər inslarımız və dövlətimiz üçün etmişəm.Ona görə də bu tipli təxribatlara uymamağa çağırıram. Bunu edənlər uzun zamandır ki, mənə qarşı "qara piar" aparan qrupdur. Bu qrup ucuz piara əl atmazdan əvvəl dərk etməlidir ki, Mübariz Mənsimov başqa bir ölkənin vətəndaşıdır. "Palmali"ni böyütməkdən, gücləndirməkdən başqa bir iddiam yoxdur.

Mən demişəm. İndi də deyirəm ki, iş adamı siyasətçi ola bilməz. Siyasətçi də iş adamı ola bilməz. Bunlar ikisi də bir -birinə ziddir. İş adamının borcu dövlətinin yanında olmaqdır.

Bəziləri kimi arxadan oyun oynamıram. Və yediyim qaba tüpürmərəm! Mən hər zaman Prezidentimin, xalqımın yanındayam".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/276478.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR