Duman Şəkidə sürücünü qəzaya saldı

10:22 15 Yanvar 2015
103 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saat 08:10 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun 140-cı kilometrliyində, Şəkinin Küngüt kəndi ərazisində yol qəza hadisəsi baş verib.

Milli.Az Kanal S-ə istinadən bildirir ki, qəza zamanı Şəkinin Aşağı Daşağıl kənd sakini İbrahimxəlilov Əhməd Oruc oğlu idarə etdiyi 10-MT-783 dövlət nömrə nişanlı "VAZ-2109" markalı avtomobillə şəhər istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yolun kənarındakı ağaca çırpıb. Nəticədə avtomobildə tək olan sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxs yoldan keçənlərin köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qəzanın baş verməsinə səbəb kimi ilkin olaraq havanın dumanlı və yerin sürüşkən olması ehtimal edilir.

Faktla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin istintaq bölməsi tərəfindən araşdırmalar aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/319132.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR