Avtobuslar niyə gecikir? - ÖZƏL AÇIQLAMA

Azneft meydanı, Bayıl və 20-ci Sahə deyilən ərazilərdə avtobusların fəliyyətində problemlər var.

İntervallarda gecikmə olur. Taksilər adamın birini bir manatdan aparır.

Bütün bu şikayətləri Metbuat.az-a həmin ərazilərdə yaşayan vətəndaşlar bildirib.

Məsələ ilə əlaqədar Bakı Şəhər Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxladıq.

Saytımıza açıqlama verən rəhbər Bakıda keçirilən Formula 1 Azərbaycan Qran- Prisinə görə yolların bağlanması ilə əlaqədar olaraq bəzi avtobusların hərəkət istiqamətlərinin dəyişdiyini və buna görə də intervalın pozulduğunu, gecikmə halları olduğunu bildirib.

Yuxarıda sadalanan məsələdən xəbərdar olmadığını bildirən Mais Ağayev problemin araşdırılacağını və məlumat veriləcəyini bildirib.

Sonda isə o, bu günlərdə sürücüləri yollarda sıxlıq yaratmamağa və buna görədə şəxsi maşınlardan deyil, bacardıqca ictimai nəqliyyatdan istifadəyə çağırıb.

Günay İlqarqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR