Azərbaycan-Fransız Universitetinin tələbələri Bakı metropolitenində məşğələlərə başlayıb (FOTO)

Azərbaycan-Fransız Universitetinin tələbələri Bakı metropolitenində məşğələlərə başlayıb (FOTO)
14:50 23 Aprel 2019
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Azərbaycan-Fransız Universitetinin (UFAZ) bir qrup tələbəsi Bakı metropolitenində praktiki məşğələlərə başlayıb.

Trend-in məlumatına görə, prosesə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti ilə bu universitet arasında imzalanmış memoranduma əsasən, universitetin kompüter fənni fakultəsinin 3-cü kursunda təhsil alan 11 tələbəsi cəlb edilib. Onlara nəqliyyatda avtomatlaşdırma və kompüter texnologiyalarının tətbiqi təlim proqramının praktiki hissəsi "Thales" şirkətinin avadanlıq və sistemləri ilə təchiz olunmuş “Avtovağzal” stansiyasında keçirilir.

Tələbələrə metropolitendə işarəvermə və rabitə xidmətinin son illərdəki fəaliyyətindən bəhs edən xidmət rəisi Elçin Məmmədov “Avtovağzal” stansiyasında quraşdırılan "Thales"in avadanlıqları barədə ətraflı məlumat verib. Tələbələr qatarların hərəkətinə nəzarəti təmin edən mikroprosessor sistemi, "Bənövşəyi xətt"i əhatə edən dispetçer idarəetməsi, "Tetra" radiorabitə sistemi, mühəndis-texniki qurğuları və eskalatorların idarə edilməsini təmin edən sistem və avadanlıqlarla tanış olublar.

Mixail Malinovski metropolitenin hər bir sahəsi üzrə tətbiq edilmiş sistemlərin xüsusiyyətlərindən, funksional imkanlarından bəhs edərək, şirkətin bu sahədə fəaliyyəti barədə geniş danışıb. "Thales"in kurslarında iştirak etmiş metropolitençi mütəxəssislər hər bir yeniliyi əyani nümayiş etdirərək, avadanlıqların yerinə yetirdiyi funksiyalardan da söz açıblar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3050938.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR