UEFA nümayəndələri VAR sisteminə görə Bakıya gəldilər

UEFA nümayəndələri VAR sisteminə görə Bakıya gəldilər
15:12 23 Aprel 2019
98 İdman
Ölkə mətbuatı
A- A+

UEFA Avropa Liqası turnirinin bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq çərçivəsində UEFA nümayəndələrinin Bakıya televiziya yayımı ilə bağlı işgüzar səfəri başlayıb.

Milli.Az AFFA-nın saytına istinadən xəbər verir ki, aprelin 24-nə qədər davam edəcək səfər proqramında UEFA TV və yayım hüququna sahib televiziya kanallarının 40 nəfərə yaxın rəsmi nümayəndəsi kamera platformaları, VAR sisteminin yerləşdirilməsi və quraşdırılması, TV və media tribunasının, eləcə də daxili və üst studiyaların son vəziyyəti ilə yerində tanış olacaq, fikir mübadiləsi aparılacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/749114.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR