İŞİD Şri-Lankada törədilən terrorun məsuliyyətini üzərinə götürüb

İŞİD Şri-Lankada törədilən terrorun məsuliyyətini üzərinə götürüb
15:57 23 Aprel 2019
66 Digər
Ölkə mətbuatı
A- A+

İŞİD terrorçu təşkilatı aprelin 21-də Şri-Lankada törədilmiş silsilə partlayışların məsuliyyətini üzərinə götürüb.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, İŞİD bu məsələdə əli olduğuna dair hər hansı dəlil gətirməyib.
Bundan əvvəl Şri-Lankanın Müdafiə naziri Ruvan Viicevardene kilsə və mehmanxanalarda törədilən partlayışların Yeni Zelandiyada məscidə məlum hücuma cavab olduğu fikrini irəli sürüb. Nazirin sözlərinə görə, hücumları iki yerli qrup törədib.
Son məlumata görə, Şri-Lankadakı hücumlarda 321 nəfər ölüb, 520-dən çox yaralanan var.
Hökumət aprelin 23-ünü ölkədə matəm elan edib.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-si-d-sri-lankada-toredilen-terrorun-mesuliyyetini-uzerine-goturub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR