Obamadan Beyonsla bağlı paylaşım

Obamadan Beyonsla bağlı paylaşım
16:42 23 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Amerikanın keçmiş birinci xanımı Mişel Obama sosial şəbəkədə pop ulduz Beyonsla bağlı paylaşım edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb "Homecoming: A Film by Beyoncé" sənədli filminin uğur qazanmasıdır. 

M.Obama "Netflix"də yayımlanan layihə barədə Tvitter-də belə rəy yazıb: "Qızım, məni qürurlandırdın. Səni sevirəm! Qarşımızdakı illərdə dünyanı silkələyəcək nəsillərə tarximizi, həqiqətləri danışaraq ilham verdin. Canım dostum, həqiqətlərdən danışmağa davam et". 

Qeyd edək ki, sənədli film Beyonsun "Coachella 2018"dəki unudulmaz çıxışı və qara dərililər barəsindədir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/749143.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR