Qubada qadını avtomobil vurub

Qubada qadını avtomobil vurub
16:52 23 Aprel 2019
83 Digər
Ölkə mətbuatı
A- A+

Qubada yolu keçmək istəyən qadını avtomobil vurub.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, şəhər sakini Sevda Mövludağa qızı Paşayevanı yolu keçmək istəyərkən avtomobil vurub. Sürücü yaralı qadını Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.
Ona xəstəxanada döş qəfəsinin qapalı küt travması, qabırğaların çoxsaylı sınıqları və döş qəfəsinin sınıqları diaqnozu qoyulub. Vəziyyətinin orta-ağır olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/qubada-qadini-avtomobil-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR