Filippin zəlzələdən sonra - FOTO

Filippin zəlzələdən sonra - FOTO
18:32 23 Aprel 2019
92 Dünya
Ölkə mətbuatı
A- A+

Cənub-şərqi Asiya ölkəsi olan Filippin adalarında ötən gün meydana gələn 6,1 bal gücündəki zəlzələdən sonra tələfat gün keçdikcə artmaqdadır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, yeraltı təkanlardan sonra ölənlərin sayı 11-ə çatıb.

Pambanqa şəhərinin valisi Liliya Pineda jurnalistlərə verdiyi açıqlamada dağıntılar altından səslər gəldiyini deyib. Dağıntılar altında qalan 30 nəfərin axtarış-xilasetmə işlərinin davam etdirildiyini qeyd edib.

Qeyd edək ki, paytaxt Manilada meydana gələn zəlzələdən sonra ən az 52 afterşok qeydə alınmış, şəhərdəki hotellər, alış-veriş mərkəzləri təxliyə olunmuş, metronun fəaliyyəti dayandırılmışdı.

"Sakit okean odlu dairəsi" zəlzələ və vulkan qurşağında yerləşən Filippin adaları təbii fəlakətdən ən çox əziyyət çəkən ölkələrdən biridir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/749241.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR