Nəhayət ki, “5G” şəbəkəsi işə salındı - Çində

Nəhayət ki, “5G” şəbəkəsi işə salındı - Çində
19:49 23 Aprel 2019
74 Digər
Ölkə mətbuatı
A- A+

Çinin yeddi şəhərində (Pekin, Şanxay, Quançjou, Şençjen, Nankin, Xançjou və Syunan iqtisadi zonası) sınaq "7 33 n" beşinci nəsil mobil rabitə şəbəkəsi (5G) istifadəyə verilib.
 
 
Lent.az ictnews-a istinadən xəbər verir ki, bundan əlavə, 33 şəhərdə "qaynar nöqtə"lərin yaradılması və daha bir neçə şəhərdə sifariş edilmiş "5G" şəbəkəsinin işə salınması planlaşdırılır.
 
 
Elektron Xəbər Xidməti "Vesti" resursuna istinadən yazır ki, şəbəkənin istifadəyə verilməsini "China Unicom" korporasiyasının sədri Van Syaoçu "5G" innovasiyalarının inkişafı üzrə Şanxayda keçirilən konfransda açıqlayıb.
 
Sınaq "5G" tezliklərindən istifadə üçün lisenziyalara Çinin 3 əsas mobil rabitə operatoru (China Telecom, China Mobile və China Unicom) malikdir.
 
Qeyd edək ki, "5G" şəbəkəsində məlumatların ötürülmə sürəti saniyədə 10 giqabiti ötür. Bu, "4G" şəbəkəsi ilə müqayisədə 30 dəfə çoxdur.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312272

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR