Sədrlik Azərbaycandan Ukraynaya keçdi

Sədrlik Azərbaycandan Ukraynaya keçdi
20:37 23 Aprel 2019
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakıda keçirilən Qlobal Sağlamlıq Turizmi Forumu və Qlobal Sağlamlıq Turizm Şurasının (QSTŞ) 5-ci Assambleyası öz işini yekunlaşdırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Dövlət Turizm Agentliyinin rəsmi dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (AHTTSA) və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə keçirilən 3-cü Qlobal Sağlamlıq Turizm Forumu və Qlobal Sağlamlıq Turizm Şurasının (QSTŞ) 5-ci Assambleyasında QSTŞ-yə üzv 25 ölkənin milli sağlamlıq turizm qurumlarının rəhbərləri iştirak edib.

Qlobal Sağlamlıq Turizmi Şurasının qurucusu və fəxri sədri Emin Çakmak Azərbaycanın sağlamlıq turizminin inkişafı baxımından unikal imkanlara sahib olduğunu söyləyib.

Onun sözlərinə görə, forumun Bakıda reallaşması Azərbaycanın bu sahədə daha da tanınmasına səbəb olacaq.

Qlobal Sağlamlıq Turizm Şurasının dönəm sədri Ruslan Quliyev çıxışında bildirib ki, QSTŞ 2013-cü ildə Monakoda keçirilən Beynəlxalq Tibbi Səyahət Konfransında Türkiyə Cümhuriyyətinin təşəbbüsü ilə təsis edilib və indiyədək təşkilatın 4 zirvə toplantısı qismində sayılan forumu keçirilib.

QSTŞ-nin 60-a yaxın üzvü sırasında ABŞ, AFR, Böyük Britaniya, Türkiyə, Polşa, Yunanıstan, Macarıstan, Bolqarıstan, RF, Ukrayna, Gürcüstan, Çin Xalq Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan, İordaniya Krallığı, Səudiyyə Ərəbistanı və başqa nüfuzlu ölkələr təmsil olunur.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası Qlobal Sağlamlıq Turizm Şurasında Azərbaycanı təmsil edir və 2014-cü ildən etibarən bu təşkilatın İdarə Heyətinin üzvüdür.

Qeyd edək ki, 2018-ci ilin aprelində QSTŞ-nin Türkiyədə keçirilən növbəti Zirvə Toplantısında AHTTSA-nın sədri Ruslan Quliyev bu beynəlxalq qurumun prezidenti seçilib və Azərbaycan Respublikası qeyd olunan mötəbər təşkilata rəhbərlik etmək hüququ ilə növbəti sahib ölkə qismində təsdiq edilib.

Təşkilatın 5-ci Assambleyasında quruma yeni sədr seçilib. Qlobal Sağlamlıq Tirizm Şurasına sədrlik Azərbaycandan Ukraynaya keçib. Ukrayna Tibbi Turizm Assosiasiyasının prezidenti Violetta Yanyshevska növbəti bir il ərzində Qlobal Sağlamlıq Tirizm Şurasına sədrlik edəcək.

Tədbirin sonunda Bakı deklarasiyası da qəbul edilib. Bakı deklarasiyasında dunyada sağlamlıq turizmi fəaliyyəti ilə məşğul olan qurumların fəaliyyətinin əlaqələndirilməsi, yeni sağlamlıq ocaqlarının təbliğatının gücləndirilməsi kimi məsələlər önə çəkilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/749267.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR