Çavuşoğlu: Bu, bizim üçün ciddi təhdiddir

Çavuşoğlu: Bu, bizim üçün ciddi təhdiddir
20:43 23 Aprel 2019
85 Digər
Ölkə mətbuatı
A- A+

Suriyaya gətirilən hər silah Suriyada sabitlik üçün təhlükəlidir və terror təşkilatlarına verilən hər silah bizim üçün də ciddi bir təhdiddir.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu Belçika Baş nazirinin müavini, xarici işlər və müdafiə naziri Didye Reynders ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Bu günə qədər ABŞ ilə əlaqələrimizə mənfi təsir edən amillərdən bir ABŞ-ın YPG-yə verdiyi dəstəkdir. Xüsusilə, silah dəstəyindən söhbət gedir. ABŞ Suriyadan çəkilmə qərarı alıb. Belə görünür ki, ABŞ müəyyən sayda əsgərlərini burada qoymaq istəyir. İranın bir dəhliz yaratmasına qarşı olduqlarını söyləyirlər. Bu gün Suriyaya gətirilən hər silah Suriyada sabitlik üçün təhlükəlidir və terror təşkilatlarına verilən hər silah bizim üçün təhdiddir”, - o bildirib.

ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların sadəcə Türkiyəni maraqlandıran bir məsələ olmadığını deyən Çavuşoğlu istənilən sanksiyalara qarşı olduqlarını vurğulayıb.

“Sanksiyalarla bir nəticə əldə etməyin mümkün olmadığını gördük”, - türkiyəli nazir əlavə edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/276533.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR