Mahrez Qvardiolaya xəbərdarlıq etdi

Mahrez Qvardiolaya xəbərdarlıq etdi
20:47 23 Aprel 2019
124 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Siti"nin yarımmüdafiəçisi Riyad Mahrez klubunu dəyişmək fikrinə düşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, əlcəzairli futbolçu komandadakı durumundan məmnun deyil.

Ötən il "Lester"dən 60 milyon funt-sterlinqə transfer edilən 28 yaşlı orta sahə oyunçusu əsas heyətə düşməkdə çətinlik çəkir. Bu üzdən baş məşqçi Pep Qvardiola ilə görüşən futbolçu bu gedişat davam edəcəyi təqdirdə, komandadan ayrılacağını bildirib.

Qeyd edək ki, bu mövsüm Premyer Liqada 26 oyunda iştirak edən Riyad Mahrez 6 qol, 3 assistlə yadda qalıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/749123.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR