Samir Abasov: "Cavab görüşündə qalib gəlməyə çalışacağıq"

Samir Abasov: "Cavab görüşündə qalib gəlməyə çalışacağıq"
20:47 23 Aprel 2019
95 Digər
Ölkə mətbuatı
A- A+

"İlk oyundan sonra fikir bildirmək çətindir. İstənilən nəticə heç nə demək deyildi. Cavab görüşündə qalib gəlməyə çalışacağıq. Təəssüf ki, heyət qışdan əvvəl güclənmədi. Futbolçular sağ olsunlar ki, əllərindən gələni etdilər".
"Report"un məlumatına görə, bu fikirləri "Zirə" komandasının baş məşqçisi Samir Abasov səfərdə "Sumqayıt"la qolsuz heç-heçə etdikləri Azərbaycan Kubokunun ilk yarımfinal matçından sonra mətbuat konfransında deyib. 
41 yaşlı mütəxəssis bildirib ki, 5000 manat mükafat qoyulduğundan xəbərsizdir. O, belə oyunlardan sonra gedib, yoxsa qalacağı barədə qərar qəbul edəcəklərini vurğulayıb: "Qəbələ" və "Qarabağ" kimi komandalarla oyunlar futbolçular üçün bir siqnaldır". 
S.Abasov son olaraq oyundan zövq aldığını söyləyib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/samir-abasov-cavab-gorusunde-qalib-gelmeye-calisacagiq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR