Ayxan Abbasov razıdır

Ayxan Abbasov razıdır
21:32 23 Aprel 2019
101 İdman
Ölkə mətbuatı
A- A+

"Bu oyuna çox ciddi hazırlaşmışdıq. Sevindiricidir ki, futbolçularımız taktiki cəhətdən düzgün oynadılar".
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun yarımfinalının "Zirə" ilə keçirilən ilk oyunundan (0:0) sonra mətbuat konfransında deyib.

O, komandasının çıxışından razı qaldığını bildirib: "Bu, ümumi mübarizənin ilk yarısı idi. Qarşıda bizi çempionatda da ağır mübarizə gözləyir. Bu gün hamıdan razı qaldım. Oyunçularıma və azarkeşlərimizə təşəkkürümü bildirirəm. İstəyərdim ki, Sumqayıt şəhəri final həyəcanı, sevincini yaşasın".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/749279.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR