Peşə Təhsil Mərkəzi təlimlərə

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində dual peşə təhsili və təliminin pilotlarının yaradılması” layihəsi çərçivəsində təlimlər başlanıb. Təlimlər “Fəaliyyətyönümlü öyrənmə və tədris”, “Şirkətdaxili təlimçilərin təlimi”, “Peşə məktəbləri və sənaye müəssisələri arasında əlaqələrin yaradılması” istiqamətlərini əhatə edir.

Peşə Təhsil Mərkəzindən Metbuat.az-a verilən məlumata görə, təlimdə almaniyalı ekspert Gebhard Haferin iştirakı ilə müzakirələr aparılacaq.

Xatırladaq ki, “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində dual peşə təhsili və təliminin pilotlarının yaradılması” layihəsi Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi” qrantı çərçivəsində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən icra olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR