Alimlər beyni necə oyatmaq haqda xususi üslub hazırlayır

Alimlər beyni necə oyatmaq haqda xususi üslub hazırlayır
22:22 23 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Rusiyanın Elmlər Akademiyası neyro-elmi inkişaf etdirərək 30 ildən sonra proqnozlaşdırılan xəstəliklərə qarşı hazır olmağa qərar verib.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, gələcəkdə işemiya, insult kimi beyin xəstəliklərinin infarkt və onkoloji xəstəlikləri ötüb keçəcəyi ehtimal olunur. Alimlər təkcə beynin qocalığının qarşısını almaq deyil, həmçinin beynin daha da aktiv fəaliyyət göstərməsi istiqamətində çalışır.

Rusiya akademikləri bütün bilgi və fəaliyyətlərini birləşdirərək, cəmiyyətin bu istiqamətdə yüksək nailiyyət əldə etməsi üçün səylər edir. Onların sözlərinə görə, Rusiya neyro elmlər sahəsində bir qədər geridədir. Ölkədə olan 62% əlillər insult keçirmiş insanlardır. Alimlər hələ fürsətlərin olmasını bildirir.

Neyro cərrahiyyə mərkəzinin həkimi akademik Aleksandr Potapov, beynin funksionallığı haqda ali məlumatlar verən, neyro cərrahiyyənin yeni üslubları haqda danışmışdır. Ən son nailiyyət kimi o, xarici həmkarlarla birgə əldə olunmuş, beyin lüləsinin retikulyar formasının üç ölçülü quruluşunu hazırlamasını qeyd etmişdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/748500.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR