"Charlie Hebdo" bəlası davam edir - FOTO

"Charlie Hebdo" bəlası davam edir - FOTO
10:27 15 Yanvar 2015
124 Dünya
Ölkə mətbuatı
A- A+

Beynəlxalq "Əl Qaida" terror təşkilatının Yəməndəki bölməsi olan "Ərəbistan yarımadasında Əl Qaida" qruplaşması Parisdə "Charlie Hebdo" jurnalına hücumu təşkil edib.
 
Milli.Az ABC News-a istinadən bildirir ki, qruplaşma terror əməliyyatlarının keçirilməsinə 20 min dollar ayırıbmış.
"Səudiyyə Ərəbistanında Əl Qaida" qruplaşması bunu etiraf edib və "Charlie Hebdo"da gülləbaranı reallaşdırmış Şərif və Səid Kuaşi qardaşlarını "qəhrəmanlar" adlandırıb.
 
ABŞ-ın xüsusi xidmət orqanlarının əməkdaşlarının dediklərinə görə, Kuaşi qardaşları və "Səudiyyə Ərəbistanında Əl Qaida" qruplaşması arasında son aylarda bilavasitə təmaslar qeydə alınmayıb. Fəqət qardaşlar ilkin maliyyələşdirməni alandan sonra teraktı Yəməndəki qruplaşmanın birbaşa dəstəyi olmadan da həyata keçirə bilərdilər.
 
Şərif Kuaşinin 2011-ci ildə Yəmənə yollanaraq "Səudiyyə Ərəbistanında Əl Qaida" terror qruplaşmasının lideri Ənvər əl Əvlaki ilə görüşdüyü də güman olunur. Əl Əvlaki elə həmin ilin sentyabrında ABŞ-ın pilotsuz təyyarəsindən buraxılan raketlə öldürülmüşdü.
 
"Charlie Hebdo" jurnalının yeni sayı isə satışa çıxarıldığı gün bitib. Bu məqsədlə jurnalın bu sayının tirajını 5 milyon nüsxəyə çatdırmaq qərara alınıb.
Jurnaldakı son karikaturaları dərc edən saytlar, qəzetlər və jurnalların bəzilərinə qarşı kəskin etiraz aksiyaları başlanıb.
 
Türkiyədəki "Cümhuriyət" qəzetinin redaksiyasının qarşısında etiraz aksiyası olduğundan, polis binanı mühafizəyə alıb.
 
Dünyanın müxtəlif ölkələrindəki müsəlmanlar da dünən mitinq və yürüşlərə çıxmışdılar.
 
Milli.Az

























RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR