Avropa İttifaqının Azərbaycanın işlənəcək yataqlarından qaz tədarükü ilə bağlı maraqları

Avropa İttifaqının Azərbaycanın işlənəcək yataqlarından qaz tədarükü ilə bağlı maraqları
22:43 23 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Ləman Zeynalova - Trend:

Avropa İttifaqı (Aİ) Azərbaycanın işlənəcək yataqlarından qaz tədarükündə maraqlı ola bilər. Bu barədə Trend-ə Avropa Komissiyasından bildiriblər.

Qeyd olunub ki, Aİ-nin enerji şaxələndirilməsi siyasəti təkcə yeni qaz mənbələrinə deyil, həm də yeni tədarük marşrutlarına yönəlib:

"Tədarükün təhlükəsizliyi ilə bağlı siyasəti çərçivəsində Aİ Xəzər dənizindən - Azərbaycanın hələ işlənməmiş yataqlarından və Türkmənistandan qaz tədarüklərində maraqlı ola bilər".

Bu baxımdan Avropa Komissiyasında "Cənub Qaz Dəhlizi"nin enerji ehtiyatları tədarükünün şaxələndirilməsi üçün vacibliyini vurğulayıblar:

"Layihənin reallaşdırılması başa çatdıqdan sonra Aİ "Şahdəniz-2" yatağından 10 milyard kubmetr qaz əldə edəcək. "Cənub Qaz Dəhlizi"nin buraxılış qabiliyyəti daha güclü kompressor stansiyaları sayəsində artırıla bilər".

Qeyd edək ki, 2018-ci il mayın 29-da Bakıda "Cənub Qaz Dəhlizi"nin birinci mərhələsinin rəsmi açılış mərasimi keçirilib. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.

Cənub Qaz Dəhlizinə "Şahdəniz-2" qaz yatağı, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri daxildir. 1,2 trilyon təbii qaz ehtiyatına malik "Şahdəniz" Azərbaycanın ən iri qaz-kondensat yatağı və "Cənub Qaz Dəhlizi"nin hasilat mənbəyidir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/energy/3049540.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR