FHN 5 ay vaxt verdi - VİDEO

FHN 5 ay vaxt verdi - VİDEO
01:23 24 Aprel 2019
124 Ölkə
Ölkə mətbuatı
A- A+

İçərisində yaşayış olsa belə, istismarına rəsmi icazə verilməyən çoxmərtəbəli binalara prosesi yekunlaşdırmaq üçün 5 ay vaxt verilib.

Publika.az xəbər verir ki, bunu "Xəzər Xəbər"ə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib.

Elxan Əsədov sahibləri ölən və ya həbsdə olan binalarda isə istismara verilmə prosesinin yerli icra qurumlarına həvalə edildiyini deyib:

Bakı şəhərində tikintisi başa çatan və içərisində yaşayış olmasına baxmayaraq, istismara qəbul aktı verilməmiş 434 bina var. Dövlət başçısının fərmanına əsasən bu cür binaların istismara qəbulunu sürətləndirmək məqsədilə görülən işlər çərçivəsində indiyədək cəmi 26 binaya istismar aktı verilib. Buna səbəb isə tikinti şirkətlərinin prosesə o qədər də maraq göstərməməsidir”.

Elxan Əsədov dövlət başçısının fərmanına əsasən Agentlikdə qərargah yaradıldığını və bina sahiblərinin bu mərkəzə müraciət etməklə işlərini daha da sürətləndirə biləcəklərini deyib. Agentliyin rəsmisi onu da bildirib ki, binaların sahiblərinə obyektləri təhvil vermələri üçün 5 ay vaxt verilib.

Agentliyin rəis müavini sahiblərinin binanın vəziyyətini dəyişdirmək iqtidarında olmadığı halda, həmin binaların gələcək taleyinin necə olacağına da aydınlıq gətirib.

Agentliyin rəis müavini bildirib ki, binalarda mövcud olan problemlər müxtəlifdir. Elə binalar var ki, onlarda olan qüsurları aradan qaldırmaq üçün 10 gün, eləsi də var ki, 2-3 ay vaxt lazımdır. Buna görə də bina sahibləri işləri elə qurmalıdırlar ki, fərmanın tətbiq müddəti başa çatanadək sürətləndirmə prosedurlarından yararlana bilsinlər.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/276548.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR