Premyer Liqanın yeni rekordu

Premyer Liqanın yeni rekordu
08:22 24 Aprel 2019
102 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə Premyer Liqasının XXXI turu çərçivəsində baş tutan "Uotford" - "Sauthempton" matçında rekord qeydə alınıb. Milli.Az matç.az-a istinadən bildirir ki, sözügedən oyunda Premyer Liqa tarixinin ən erkən qolu vurulub.

Qonaqların hücumçusu Şeyn Lonq qarşılaşmanın 7-ci saniyəsində rəqib torunu silkələyərək adını tarixə yazdırıb.

Qeyd edək ki, bundan öncəki ən erkən qol 2001/2002 mövsümündə 10-cu saniyədə "Tottenhem"in müdafiəçisi Ledli Kinq tərəfindən "Bredford"a vurulmuşdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/749300.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR