Ermənilərdən SENSASİON ADDIM - Dəhşətli planlar üçün silahlı dəstə yaradıb HƏRƏKƏTƏ KEÇDİLƏR

Ermənilərdən SENSASİON ADDIM - Dəhşətli planlar üçün silahlı dəstə yaradıb HƏRƏKƏTƏ KEÇDİLƏR
10:33 24 Aprel 2019
79 Digər
Ölkə mətbuatı
A- A+

Özlərini 104 il öncə - 1915-ci il hadisələrindən sonra Suriya və Livana köç edənlərin nəvələri adlandıran bir qrup erməni PKK/PYD terror təşkilatının himayəsi altında yenidən təşkilatlanıb.

Publika.az xəbər verir ki, daha əvvəl müxtəlif terrorçu qruplarla birlikdə fəaliyyət göstərən ermənilər bu dəfə öz taborlarını qurmağa cəhd göstərir.

Təxminən, 200 nəfərdən ibarət qrup 1915-ci il 24 aprel hadisələrinin ildönümü ilə əlaqədar bu gün fəaliyyətlərini elan edəcək. Terror təşkilatının yayım orqanlarının verdiyi məlumata görə, erməni qrupa Suriyada öldürülən terrorçu Nubar Ozanyanın (Orxan Bakırcıyan) adı verilib.

TƏRKİBİ

Taborun liderlərindən olan Masis Otanyaf Suriyada Qamışlı, Haseki, Sərəkaniyə, Dırbəsiyə və Amudə kimi şəhərlərə dağılan erməniləri bir araya gətirən şəxsdir. Hər gün hərbi və psixoloji təlimlər keçən terrorçuların qaldığı qərargahın divarlarında qəribə yazılara və fotolara rast gəlinir. Bunlardan biri 1982-ci ildə 9 nəfərin həlak olduğu, 72 nəfərin yaralandığı Əsənboğa hücumunu gerçəkləşdirən ASALA terror təşkilatının üzvü Levon Ekmeçiyanın fotosudur. Terrorçular Türkiyədə qaranlıq bir sui-qəsdə qurban gedən jurnalist Hrant Dinkin fotolarını da təxribatları üçün istifadə edir.

HƏDƏFLƏRİ

Erməni terrorçular hədəflərinin Türkiyə olduğunu gizlətmir. Onlar qondarma erməni soyqırımının intiqamını alacaqlarını bildirirlər.

DAHA ƏVVƏL QARABAĞDA

PKK terror təşkilatı ilə ermənilərin radikal qrupları arasında münasibətlər bununla məhdudlaşmır. Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gələn PKK-çılar işğalçı qruplara dəstək vermişdi. Kandil və Qamışlıdan gələn briliklər Ağrı bölgəsindən Ermənistana keçmişdi. Göyçə (Sevan) gölü bölgəsindən PKK üçün ayrılan Vardenes düşərgəsində qonaq olan 400 nəfərlik qrup Qarabağda müharibənin alovlanması ilə birlikdə qaynar nöqtələrə göndərilmişdi.

MƏHV EDİLƏCƏKLƏR

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Fərat çayının şərqində PKK/PYD terror təşkilatlarının fəaliyyətinə son qoymaq üzrə Suriyada hərbi hərəkata başlaması təqdirində sözügedən erməni taborunun aqibətinin eynilə Afrində Türkiyəni təhdid etdikdən sonra məhv edilən “Beynəlxalq Tabor” kimi olması gözlənilir.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/276572.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR