"Muarem bizə lazımdır"

"Muarem bizə lazımdır"
10:27 15 Yanvar 2015
125 İdman
Ölkə mətbuatı
A- A+

"Muarem əla futbolçudur. Onun oyununu izləyirdik və bizə lazımlı futbolçudur".
 
Milli.Az xəbər verir ki, bu sözləri qol.az-ın Antalyaya ezam olunmuş müxbirinə "Eskişehirspor" klubunun baş məşqçisi Mixael Skibbe deyib.
 
"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muaremlə maraqlandıqlarını təsdiqləyən almaniyalı mütəxəssis makedoniyalı futbolçunun komandasına faydalı ola biləcəyini bildirib: "Muaremin komandaya faydalı olacağını düşünürəm. Lakin hələ ki, onun mümkün transferi barədə ətraflı danışa bilmərəm".

Qeyd edək ki, "Eskişehirspor" klubu Türkiyə Superliqasının geridə qalan 16 turundan sonra 16 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/319124.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR