Putinden “vur” emri

Putinden “vur” emri
10:31 15 Yanvar 2015
141 Dünya
Ölkə mətbuatı
A- A+

Gumru qetliami ile Kreml Ermenistani cezalandirib. ANS PRESS-in melumatina gore, bu fikri ile suren ermeni politoloq Iqor Muradyan iddia edir ki, Avrasiya Ittifaqina girmesine baxmayaraq, Kreml Ermenistanin Rusiyanin tesir zonasindan cixmaq istediyini anlayir.

“Buna gore de qabaqlayici ceza tedbiri ile ermenileri cezalandirmaq, ata bilecekleri addimlar barede xeberdarliq etmek qerarina gelibler”,- deye Muradyan vurgulayib.

Politoloqun fikrince, ruslar Ermenistandaki indiki siyasi veziyyetle razi deyiller ve huquqi cehetden olkeni Rusiyanin mustemlekesine cevirmek niyyetindedirler. “Iri herbi munaqise bas vererse, rus qosunlarinin ozunu nece aparcagina hec kim Ermenistanda cuzi bir tesevvure bele malik deyil”,- deye ermeni politoloq vurgulayir.

Rusiyaya mexsus 102-ci herbi bazasinin herbcisi Valeri Permyakov yanvarin 12-de Gumru seherinde Avetisyan ailesinin 6 uzvunu qetle yetirib. Yalniz 6 yasli Seryoja sag qalib. Valeri Permyakovu Ermenistan - Rusiya serhedinde yerlesen Bayandur kendinde Rusiya serhedcileri tutub.

Hadise Ermenistanda Rusiya herbi bazasina qarsi ciddi etirazlara sebeb olub. Yuzlerle insan Irevandan Gumruye axin ederek herbi bazanin ve Rusiya konsullugunun qarsisinda etiraz mitinqi kecirir. Hazirda davam eden aksiyada etirazcilarla polis arasinda qarsidurma yasanir. Aksiyada Rusiya bayragi ayaqlar altina atilaraq tapdanib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR