Türkiyəli nazir: "Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti daha da artacaq"

Türkiyəli nazir: "Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti daha da artacaq"
12:27 24 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu təkcə Türkiyə, GürcüstanAzərbaycanı deyil, həmçinin Çin və Mərkəzi Asiya ölkələrini Avropa ilə birləşdirir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahid Turxan deyib.

Nazir bildirib ki, bu qeyd olunanlar Bakı-Tbilisi-Qars dəmiryol dəhlizini strateji əhəmiyyətli layihə edir.

O əlavə edib ki, yaxın illərdə BTQ-nin əhəmiyyəti daha da artacaq.

Qeyd edək ki, ilkin mərhələdə Bakı-Tbilisi-Qars dəmiryolu ilə yükdaşımanın həcmi 6,5 milyon ton yük səviyyəsində olacaq, həmçinin 1 milyonadək sərnişin daşınacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/749368.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR