“Uber” sürücüsü maşınla UFC döyüşçüsünün üstündən keçdi

“Uber” sürücüsü maşınla UFC döyüşçüsünün üstündən keçdi
13:37 24 Aprel 2019
92 İdman
Ölkə mətbuatı
A- A+

Braziliyalı MMA döyüşçüsü Rodriqo de Lima "Uber" sürücüsü ilə mübahisədən sonra öldürülüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, UFC turnirlərində çıxışları ilə məşhurlaşan idmançının 28 yaşı var idi. 

Onun dostlarının sözlərinə görə, de Limanın "Uber" sürücüsü ilə mübahisəsi olub. Mübahisə zamanı taksi sürücüsü qəsdən döyüşçünün üzərindən maşınla keçib.

Yerli hüquq-mühafizə orqanları sürücünün kimliyini müəyyən ediblər, lakin o, hələ saxlanılmayıb.

Qeyd edək ki, Rodriqo de Lima sonuncu dəfə oktaqona "Shooto Brazil 85" turniri çərçivəsində çıxıb. De Lima ilk raundda qələbə qazanıb. 

2014-2015-ci illərdə braziliyalı iki dəfə UFC-də çıxış edib. De Lima hər iki döyüşü uduzub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/749373.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR