"Azərbaycan Qran Prisi-2019" poçt blokunda və suvenir vərəqdə (FOTO)

"Azərbaycan Qran Prisi-2019" poçt blokunda və suvenir vərəqdə (FOTO)
14:01 24 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

26-28 aprel tarixlərində Bakıda keçiriləcək Formula 1 yarışı ilə əlaqədar "Azərbaycan Qran Prisi - 2019” adlı poçt bloku və suvenir vərəq dövriyyəyə buraxılıb.

Trend-in "Azərpoçt" MMC-yə istinadən məlumat verir ki, poçt bloku 95x100 mm ölçülərində hazırlanıb və bir 40x40 mm ölçülərində olan markadan ibarətdir. Suvenir vərəq 132x180 mm ölçülərindədir. Eyni zamanda, 51x37.5 mm ölçülərində səkkiz markadan ibarətdir.

Bu orijinal poçt markalı vərəq və blok “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən hazırlanıb. Layihə Fransanın “Cartor Security Printing” çap evində işiq üzü görüb.

Qeyd edək ki, həm poçt blokunun, həm də suvenir vərəqin tirajı 10 min nüsxə təşkil edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/interestingly/3051533.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR