Türkiyədən Gürcüstana qızıl əşyalarını qanunsuz keçirməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb

Türkiyədən Gürcüstana qızıl əşyalarını qanunsuz keçirməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb
14:02 24 Aprel 2019
61 Digər
Ölkə mətbuatı
A- A+

Gürcütan-Türkiyə sərhədində yerləşən “Sarpi” gömrük-keçid məntəqəsində Azərbaycan vətəndaşı saxlanılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
R.B. adlı Azərbaycan vətəndaşının üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı gömrük nəzarətindən gizlədilmiş ümumi çəkisi 259,24 qram olan qızıl əşyalar aşkar olunub. Zinət əşyalarının ümumi dəyəri 16,749.45 lari (6 205 dollar) təşkil edib.
Faktla bağlı materiallar Maliyyə Nazirliyinin İstintaq Xidmətinə təqdim olunub. 


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/turkiyeden-gurcustana-qizil-esyalarini-qanunsuz-kecirmeye-cehd-eden-azerbaycan-vetendasi-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR