Azərbaycan Türkiyədə yeni neft-kimya kompleksinin tikintisinin başlayacağı TARİXİ açıqlayıb

Azərbaycan Türkiyədə yeni neft-kimya kompleksinin tikintisinin başlayacağı TARİXİ açıqlayıb
14:15 24 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Sara İsrafilbəyova - Trend:

“SOCAR Turkey” şirkəti Türkiyədə yeni neft-kimya kompleksinin tikintisini 2020-ci ilin sonunda başlamağı planlaşdırır.

Trend-in məlumatına görə, bunu şirkətin layihələr üzrə meneceri Emil Alxaslı Bakıda SOCAR-ın IV beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya" forumu çərçivəsində keçirilən Xəzər və Mərkəzi Asiya Regionlarının Emal və Neft-kimya Sənayesi – Layihələr və Texniki Həllər konfransında deyib.

Onun sözlərinə görə, layihənin dəqiq dəyəri bu ilin sonunda məlum olacaq:

“Kompleksin 2023-cü ilin sonunda istifadəyə verilməsi planlaşdırılır”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/energy/3051503.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR