Azərbaycanda alternativ üsulla qablaşdırma tətbiq ediləcək

Azərbaycanda alternativ üsulla qablaşdırma tətbiq ediləcək
15:02 24 Aprel 2019
63 Digər
Ölkə mətbuatı
A- A+

“Dünyada bərk məişət tullantılarının tərkibində plastik tullantıların xüsusi çəkisi artmaqdadır”.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Falcons Summit Balu 2019" konfransında ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev deyib.
"Əgər 1960-cı illərdə bərk məişət tullantılarının tərkibində plastik tullantıların xüsusi çəkisi 1% idisə, hazırda bu rəqəm 12%-dir. Bu sahədə vəziyyəti mürəkkəbləşdirən amillərdən biri plastik tulantıların təbiətdə min illər ərzində parçalanmadan ilbəil artmasıdır. Araşdırmalar göstərir ki, bu tullantılar düzgün idarə edilmədikdə ətraf mühiti və su hövzələrini çirkləndirir, kənd təsərrüfatı torpaqlarının dərin qatlarına keçərək bitkilərin normal inkişafına mane olur”, - deyə o, qeyd edib.
Bundan başqa, nazir müavini deyib ki, 2019-2021-ci illərdə Azərbaycanda həyata keçirilməsi planlaşdırılan Tədbirlər Planında alternativ üsulla qablaşdırmanın tətbiqi nəzərdə tutulur.

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/azerbaycanda-alternativ-usulla-qablasdirma-tetbiq-edilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR