Kim Çen In ilk dəfə Rusiya torpağındadır - Sabah böyük GÜN

Şimali Koreya lideri Kim Çen In Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Rusiyanın Vladivostok şəhərinə səfər edib.

Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, bu liderin Rusiyaya ilk səfəridir.

Görüşdə Pxenyanın nüvə proqramı və ikitərəfli münasibətlər diqqət mərkəzində saxlanılacaq.

Qeyd edək ki, tərəflər sabah Russkiy adasında yerləşən Uzaq Şərq Federal Universitetində bir araya gələcəklər.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR